Azərbaycanda iri nominallı əsginaslar buraxıla bilər – RƏSMİ
Azərbaycan Mərkəzi Bankı (AMB) iri nominallı pul nişanlarının tədavülə buraxılması imkanını qiymətləndirir.
BAKU.WS xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər.
Qeyd olunub ki, beynəlxalq təcrübədə tədavüldə iri nominallı əsginasların xüsusi çəkisi yüksəldikdə mərkəzi banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əsginaslar buraxılır:
"Hazırda tədavüldə iri nominallı (50 və 100 manat) pul nişanlarının xüsusi çəkisi 90% təşkil edir. Bu baxımdan AMB ölkənin makroiqtisadi inkişaf templərini, eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə milli valyutanın nominal strukturunun və iri nominallı pul nişanlarının tədavülə buraxılmasının mütəmadi olaraq qiymətləndirməsini aparır”.
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankdan manatla bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Respublikasının yeni nəsil kağız pul nişanlarının üzərində yazılmış "Azərbaycan Milli Bankı" sözlərinin "Azərbaycan Mərkəzi Bankı" sözləri ilə əvəzl...