TAP kəmərinin tikintisi 95% yekunlaşıb

TAP kəmərinin tikintisi 95% yekunlaşıb
İqtisadiyyat 63

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəmərinin (TAP) inşasına başlanılandan bəri işlərin 95,1%-i yekunlaşıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu, aprelin sonunda qeydə alınan göstəricidir.

Məlumata görə, təbii qazın daşınmasına başlamaq üçün işlər cədvələ uyğun davam edir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər