İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti: "Naxçıvanla geniş əlaqələr qurula bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
"Düşünürəm ki, maşınqayırma və texnologiya sahəsində İtaliya ilə Naxçıvan arasında geniş əlaqələr qurula bilər"
"Report"un yerli bürosu xəbər verir ki, bunu İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.
"Bu Naxçıvana 2-ci səfərimdir. 1-ci səfərimdən fərqli olaraq bu dəfə Naxçıvan haqqında daha çox məlumat əldə etmək imkanım oldu. Eləcə də ilk dəfə aqrofestivalda iştirak etdim. Burada Naxçıvan və İtaliya arasında, xüsusilə kənd təsərrüfatı sahəsində güclü əlaqələr qurmaq imkanlarını araşdırdım. Bu məlumatları İtaliya biznesmenləri ilə paylaşacağam ki, onlar Naxçıvandakı şirkətlərlə əlaqə qurmağı müzakirə etsinlər", - M.Traldi bildirib.
Oxşar xəbərlər
Naxçıvanda çox gəlirli biznes sahələri gözləmədə: “Talıbov xofunun ləğvi, sahibkar azadlığı, sərhəd biznesi” - FOTO
Ötən illər ərzində Azərbaycanda dövlət vəsaitinin mənimsənilməsini önləmək məqsədilə korrupsiya ilə mübarizə çərçivəsində ciddi tədbirlər həyata keçirildi. Bir...