Sürücülərin NƏZƏRİNƏ: Bu halda cərimələnməyəcəksiniz
Yeniliklərdən dərhal xəbərdar olun
Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilərkən, icbari sığorta şəhadətnaməsinə xitam verilməyibsə, yeni şəhadətnamənin alınmasına ehtiyac yoxdur.
BAKU.WS xəbər verir ki, bu barədə İcbari Sığorta Bürosu (İSB) məlumat yayıb.
Daxili İşlər Nazirliyi tərəfindən hərəkətdə olan avtomobillərin xüsusi qurğular vasitəsilə aşkarlanması zamanı avtomobilin dövlət qeydiyyat nişanı dəyişsə belə, köhnə sığorta şəhadətnaməsi qüvvədə olduğu təqdirdə, heç bir cərimə tətbiq edilməyəcək. Bu barədə məlumat İSB-nun Elektron İnformasiya Sistemində mövcuddur.
Qeyd edək ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası “İcbari sığortalar haqqında” qanunun Xüsusi bölməsinin 4-cü fəslində nəzərdə tutulub.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin, fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir.
Oxşar xəbərlər
Bu günün sığortası gələcəyimizin təminatıdır
İngilislərin yaxşı bir misalı var. “My home is my castle”- “Mənim evim mənim qalamdır”. Bu qalanı qorumaq isə hər bir mülkiyyətçinin borcudur. Baş verə biləcək...