SOCAR və "Srbijagas" arasında qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Serbiyanın "Srbijagas" şirkəti tərəfindən 1 noyabr 2024-cü il - 1 aprel 2025-ci il tarixləri arasında əlavə gündəlik 1 milyon kubmetr qaz təchizatı üzrə alqı-satqı müqaviləsi imzalanıb.
BAKU.WS xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, həmçinin "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Serbiya Respublikasının Mədənçilik və Energetika Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" imzalanıb.
O qeyd edib ki, Belqradda Serbiyanın mədənçilik və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə enerji əməkdaşlığımızın genişləndirilməsinə dair səmərəli görüşü olub.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,52 ABŞ dolları və ya 3,3 % artaraq 109,1 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...