SOCAR və GOGC qazın nəqli və saxlama infrastrukturunu genişləndirə bilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında qazın nəqli, saxlama infrastrukturunun genişləndirilməsi və digər istiqamətlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib.
SOCAR-ın məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəfin bu gün GOGC-un baş direktoru Corci Çikovani ilə keçirdiyi görüşdə bildirilib.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyatın bütün sahələrində, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb, birgə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən bəhs edilib.
Görüş çərçivəsində Gürcüstanın ən böyük investorlarından olan SOCAR-ın bu ölkədəki çoxşaxəli fəaliyyətindən danışılıb, bu istiqamətdə neft və neft-kimya məhsullarının ticarəti, nəqli, habelə təbii qazın təchizatı və paylanması kimi əməliyyatların uğurla icra edildiyi bildirilib.
Həmçinin, tərəflər arasında qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...