“SOCAR Türkiyə’’ “Strateji Tərəfdaşlıq” mükafatına layiq görülüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
12-13 dekabr 2022-ci il tarixlərində İstanbulun Haliç Konqres Mərkəzində Türkiyə İnnovasiya Həftəsi çərçivəsində “İnnovasiyanın Yeni Əsri’’ mövzusunda tədbir keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.
Məlumata görə, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak etdiyi tədbirdə bu ölkənin ən böyük sənaye holdinqi olan “SOCAR Türkiyə” texnologiya və innovasiya sahəsindəki uğurlu fəaliyyətlərinə, habelə Türkiyə İnnovasiya Həftəsi çərçivəsində göstərdiyi dəstəyə görə “Strateji Tərəfdaşlıq” mükafatına layiq görülüb. Mükafat Türkiyə Prezidenti tərəfindən SOCAR-ın vitse-prezidenti Zaur Qurbanova təqdim edilib.
Türkiyə İxracatçılar Məclisi tərəfindən Türkiyə Respublikası Ticarət Nazirliyinin dəstəyi ilə 2012-ci ildən etibarən həyata keçirilən İnnovasiya Həftəsi qlobal şirkətlərin nümayəndələrini, dövlət rəsmilərini, alimləri, habelə innovasiya sahəsində fəaliyyət göstərən tərəfdaşları bir araya gətirir.
Qalereya
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...