SOCAR payızda yeni strateji inkişaf planını təsdiqləyə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2035-ci ilə qədər dövrü əhatə edəcək yeni strateji inkişaf planının hazırlanması bu ilin payız mövsümünə qədər tamamlana bilər.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov İnsan Resurslarının İdarə edilməsinə dair QHT-lərin də iştirakı ilə keçirilən onlayn görüşü zamanı bildirib.
Onun sözlərinə görə, yeni strateji inkişaf planının hazırlanmasını "McKinsey" şirkəti həyata keçirir: “Sənədin hazırlanması yekunlaşdırılma mərhələsindədir. Yəqin ki, sentyabra qədər tamamlanacaq”.
O bildirib ki, neft-qaz sahəsində yer alan dəyişikliklər və zamanın yeni tələbləri enerji şirkətlərinin qabağında yeni məqsədlər qoyur: “SOCAR da yeni inkişaf strategiyası çərçivəsində kimya, kəşfiyyat, hasilat və rəqəmsal texnologiyalar və süni intellekt sahələrində işləmələrini daha da dərinləşdirəcək və inkişaf etdirəcək”.
Oxşar xəbərlər
SOCAR “Rəqəmsal yataq” layihəsinə start verir
SOCAR SAP UFAM əsasında neft və qazçıxarma əməliyyatlarının rəqəmsallaşmasını həyata keçirir. BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, bununla da SAP UFAM (SAP...