SOCAR Pakistana neft və qaz tədarükü üçün iki kredit xətti təklif edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Pakistan hökumətinə neft və qaz tədarükü üçün 220 milyon ABŞ dollarından çox iki kredit xətti təklif edib.
BAKU.WS-in məlumatına görə, “report” bu haqda Pakistan mətbuatına istinadən xəbər verir.
Bildirilir ki, SOCAR il ərzində hökumətlərarası saziş (G2G) əsasında Pakistan Dövlət Nefti Şirkəti (PSO) və “Pakistan LNG Limited” (PLL) şirkətinə kreditlə neft məhsulları və mayeləşdirilmiş təbii qaz (LNG) yükləri tədarük etməyi təklif edib.
Təklif LNG üçün 120 milyon ABŞ dolları və neft məhsulları üçün 100 milyon ABŞ dollarlıq iki ayrı kredit xəttini əhatə edib.
Ancaq Pakistan hökumətindən təkliflə bağlı heç bir açıqlama yoxdur.
Xatırladaq ki, SOCAR-ın təklifi mart ayında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bu ilin yanvarında Pakistana səfərindən sonra irəli sürülüb.
Nazirin bu ölkəyə səfəri zamanı hər iki ölkənin neft və qaz sahələrində ikitərəfli əməkdaşlığı genişləndirmək və strateji dostluq əlaqələrini qurmaq barədə razılığa gəlinib.
Qeyd edək ki, bu yaxınlarda SOCAR-ın Baş Əməliyyat müdiri Toğrul Köçərli Pakistanın Azərbaycandakı səfiri Bilal Hayeni Pakistanın SOCAR-ın təklifinə cavabı ilə maraqlanmağa çağırıb.
Görüş zamanı SOCAR rəsmisi qardaş dövlətin enerji ehtiyaclarının ödənilməsində kömək etmək üçün Azərbaycanın Pakistanla əməkdaşlığa hazır olduğunu söyləyib.
Oxşar xəbərlər
Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Bu gün martın 15-də xarici valyuta satan bankların sayı 29-a çatıb. BAKU.WS-in məlumatına görə, fins.az-ın araşdırması göstərdi ki, bu gün dolları 19 bank limi...