SOCAR İtaliya bankından maliyyə vəsaiti cəlb edir
SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.
Səfər çərçivəsində "Intesa Sanpaolo" bankının və onun törəmə şirkəti olan "Vseobecna Uverova" bankının rəhbər heyətləri ilə səmərəli görüşlər keçirilib, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə "İntesa Sanpaolo" bankı ilə SOCAR arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.
Eyni zamanda, səfər çərçivəsində SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcud və potensial investorlar ilə görüşlər keçirilib.
Görüşlərdə maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyə göstəriciləri, reytinqləri və yaşıl enerji sahəsindəki planları ilə bağlı geniş təqdimat edilib.
Qalereya
Oxşar xəbərlər
Bu gün SOCAR-ın yaranma günüdür
Bu gün Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) yaranma günüdür. Azərbaycanın milli neft şirkəti olan SOCAR 13 sentyabr 1992-ci ildə Azərineft...