SOCAR-ın prezidenti “PKN Orlen” şirkətinin İdarə Heyətinin sədri ilə görüşdü - FOTO
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Polşanın “PKN Orlen” şirkətinin İdarə Heyətinin sədri və baş icraçı direktoru Daniel Obajtek ilə görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüşdə SOCAR ilə “PKN Orlen” şirkəti arasında uzunmüddətli tərəfdaşlıqdan məmnunluq ifadə edilib, xam neftin ticarəti sahəsində əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb.
Görüş çərçivəsində xam neft, neft məhsulları, maye neft qazı (LPG) təchizatı, habelə bərpa olunan enerji, rəqəmsallaşma və innovasiya sahələrində mövcud və potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qalereya
Oxşar xəbərlər
Sofiyada Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb - YENİLƏNİB - FOTO
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət N...