SOCAR-ın daha 3 keçmiş vitse-prezidentinə şirkətdə vəzifə verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.
Xatırladaq ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, "SOCAR Türkiyə" və "SOCAR Ukrayna" şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Oxşar xəbərlər
SOCAR prezidentinə yeni müşavir təyin edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov SOCAR prezidenti Rövşən Nəcəfovun iqtisadi məsələlər üzrə...