SOCAR ilə SDU nümayəndələri arasında görüş keçirilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
19 iyul 2023-cü il tarixində Sumqayıt Dövlət Universitetində (SDU) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə SDU nümayəndələri arasında görüş keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Görüşdə tərəflər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, eyni zamanda, cari ilin aprel ayında SDU və “SOCAR Downstream Management” MMC arasında imzalanan Anlaşma Memorandumunda nəzərdə tutulan məsələlərin icrasına dair müzakirələr aparılıb.
Daha sonra SOCAR-ın törəmə müəssisələri olan “Petkim” neft-kimya kompleksində və STAR neft emalı zavodunda, habelə Heydər Əliyev adına Neft Emalı Zavodunda “Yay təcrübə proqramı”na seçilən tələbələrə təbrik məktubları təqdim edilib.
Görüşdə, həmçinin istehsalat və tədris müəssisələri arasında əməkdaşlıq əlaqələrinin inkişafına dair fikir mübadiləsi aparılıb.
Sonda SDU-nun tədris poliqonunda təhsil müddətində əldə olunan nəzəri biliklərlə yanaşı, sənayedə tətbiq edilən avadanlıqlarla praktiki tanışlıq məqsədilə “SOCAR Downstream Management” MMC tərəfindən hədiyyə edilən avadanlıqlara baxış keçirilib.
Qalereya
Oxşar xəbərlər
Sofiyada Azərbaycan qazının tədarükünə dair memorandum imzalanıb - YENİLƏNİB - FOTO
Aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət N...