SOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edir - FOTO

SOCAR Dubayda beynəlxalq tədbirdə iştirak edir - FOTO
Foto
İqtisadiyyat 247

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində fevralın 24-25-də keçirilən “Türkmənistanın neft və qazı” beynəlxalq roudşou tədbirində iştirak edir.

BAKU.WS-in məlumatına görə, neft-qaz sektorundakı tendensiyaların müzakirə olunduğu tədbirdə SOCAR sponsorlar arasında yer alıb.

Tədbirdə SOCAR-ı Sərmayələr və marketinq üzrə vitse-prezidentin müavini Ədnan Əhmədzadə təmsil edir.

Konfransda TAPI qaz kəməri, Türkmənistanın qaz-kimya və neft emalı sənayesinin perspektivləri, ölkənin dəniz yataqlarının işlənilməsi və investisiyaların cəlbi və digər məsələlər müzakirə olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər