“SOCAR AQŞ” və “Halliburton” birgə müəssisə yaradır
Yeniliklərdən dərhal xəbərdar olun
“SOCAR AQŞ” və “Halliburton” şirkətləri Azərbaycanda neft sənayesi üçün çoxsaylı material və xidmətlərin təchizi üzrə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumu imzalayıblar.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, birgə müəssisə Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşəcək.
Müəssisə Azərbaycanda həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək.
“SOCAR AQŞ” və “Halliburton” şirkətləri birgə müəssisənin fəaliyyətə başlamasını 2020-ci ilin ikinci rübündə, razılaşmanın müəyyən olunmuş müddəalarının icrasından sonra həyata keçirməyi planlaşdırır.
Oxşar xəbərlər
SOCAR Türkiyədəki bir şirkətini satdı
“SOCAR Turkey LNG” şirkətinin səhmlərinin 100 faizi satılıb. BAKU.WS azərtac-a istinadən xəbər verir ki, “Naturelgaz” şirkəti “SOCAR Turkey”in maye qaz (LNG) və...