"Saudi Aramco" şirkətinin səhmləri rekord miqdarda ucuzlaşıb

Saudi Aramco şirkətinin səhmləri rekord miqdarda ucuzlaşıb
İqtisadiyyat 132

Hərrac zamanı Səudiyyə Ərəbistanına məxsus "Saudi Aramco" neft korporasiyasının səhmləri maksimum səviyyədə 10% düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Tadawul" ticarət birjası məlumat yayıb.

Hərrac zamanı bir kağız 27 rial (7.2 dollar) səviyyəsinə çatıb.

Qeyd edək ki, OPEC+ ölkələrin hasilatı azaltmaq üçün sazişi uzada bilməyəcəkləri xəbərləri səbəbindən neftin qiyməti 30 faiz ucuzlaşıb. Belə ki, Brent markalı may fyuçersləri 28,69% azalaraq 32,28 dollara, WTI-nin aprel fyuçersləri isə 31,35% azalaraq 28,33 dollara düşüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər