Sahil Babayev: "Son 5 ildə sosialyönümlü büdcə xərcləri 40 % artıb"
Azərbaycanda son 5 ildə ümumilikdə sosialyönümlü büdcə xərcləri 4,4 milyard manat artıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsində "2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dövlət büdcəsinin sosialyönümlü xərcləri 17,1 milyard manat və ya büdcə xərclərinin 41,1 % olaraq proqnozlaşdırılır: "Bu, cari ilin proqnozu ilə müqayisədə 213 milyon manat, 2024-cü ilin faktıki göstəricisinə nisbətən isə 2,5 milyard manat çoxdur. Son 5 ildə ümumilikdə sosialyönümlü xərclərimiz 4,4 milyard manat və ya 40 % artıb. Bu da yenə də dövlət büdcəsinin, sosial yönümlülüyünün ən önəmli göstəricilərindən biridir".
Oxşar xəbərlər
Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək
Gələn il aprelin 19-dan 21-dək Bakıda "AAPG Caspian & Black Sea Oil & Gas Conference 2027" beynəlxalq konfransı keçiriləcək. BAKU.WS "Report"a istinadən xəbər v...