Rusiyadan bu məhsulların gətirilməsinə məhdudiyyət qoyuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rusiyanın Primorski diyarının Şkotovski rayonunda Nyukasl xəstəliyi qeydə alınıb.
Bu barədə BAKU.WS-ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Primorski diyarından OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Primorski diyarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Oxşar xəbərlər
Bu yerlərdən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərin...