Rusiyadan Azərbaycana gətirilən dondurulmuş toyuq məhsulunda bakteriya aşkarlanıb
Rusiyadan Azərbaycana idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, “Ladess Group” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi "Stavropolskiy Broyler" MMC-nin “Nevinnomısskiy” filialının istehsalı olan ümumi çəkisi 19,2 ton dondurulmuş toyuq filesi məhsulundan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Aparılan sınaq nəticəsinə əsasən, nümunələrdə salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq təhlükəli məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv olunması barədə qərar qəbul edilib.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsi açıqlama yayıb
Bəzi kütləvi informasiya vasitələrində idxal əməliyyatları zamanı xarici iqtisadi ticarət iştirakçılarına Mərkəzi Gömrük Ekspertizası İdarəsi və Bakı Baş Gömrük...