Rusiya Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya hökuməti Azərbaycanla sadələşdirilmiş gömrük dəhlizi yaradır.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Ruslan Davıdov məlumat verib.
Şərq-Qərb və Şimal-Cənub beynəlxalq dəhlizləri sayəsində yük dövriyyəsinin 35 faiz artdığını deyən Davıdovun sözlərinə görə, Rusiya dost dövlətlərlə sadələşdirilmiş sxemdə logistika marşrutlarını həyata keçirməyi planlaşdırır.
Rusiyalı məmur bildirib ki, ölkələr arasında yüklərin sadələşdirilmiş gömrük dəhlizi ilə daşınması inzibati aparatın yükünü azaldacaq və daşınma prosesinin özünü asanlaşdıracaq.
"Bundan başqa, Azərbaycan, Çin və Monqolustanla gömrük nəzarəti nəticələrinin qarşılıqlı tanınması üzrə layihələr həyata keçirilir", - o deyib.
Oxşar xəbərlər
Azərbaycan hansı regionlar və ölkələr arasında önəmli tranzit rolu oynaya bilər? - ŞƏRH - FOTO
Azərbaycanın geostrateji mövqeyi, Şərq və Qərb dəhlizində önəmli yeri fərqli istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaratmaqla, həm ölkəmizin, həm d...