Rusiya Azərbaycana qoyduğu daha bir qadağanı ləğv etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti aradan qaldırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, dekabrın 21-dən etibarən “TurAz” MMC, “Ran Fruit”, “Əsədov Vaqif” müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir.
Bu icazənin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş müvafiq fitosanitar nəzarətin artırılması, habelə monitorinqin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verildiyi bildirilir.
Sadalanan müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər.
Xatırladaq ki, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyulmuşdu.
Oxşar xəbərlər
Rusiyanın Azərbaycandan pomidor və alma ixracına qoyulmuş qadağa ilə bağlı araşdırmalar aparılır
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Rusiyanın Azərbaycandan pomidor və alma ixracına qoyulmuş qadağa ilə bağlı araşdırmalar aparır....