Ruiyadan qanunsuz tibbi preparat və içkilər gətirilməsinin qarşısı alındı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiyadan gələn DAF markalı iki yük avtomobilinə “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttində baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən BAKU.WS-ə verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 250 həb, 124 flakon müxtəlif adda dərman preparatları, 12 ədəd kosmetoloji maye, 16 ədəd implant gelləri, şpris üçün iynələr, eləcə də 32 ədəd müxtəlif markada və ölçüdə spirtli içkilər aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
"Samur" gömrük postu gücləndirilmiş iş rejiminə keçib
Son günlər ölkəmizin Rusiya ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi art...