Rəsmi məzənnə açıqlandı: Avro yenə bahalaşır

Rəsmi məzənnə açıqlandı: Avro yenə bahalaşır
İqtisadiyyat 877

 

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1684 AZN-dən 1.1693-ə yüksəlib. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. 1 ABŞ dolları hazırda 1,0485 AZN-ə bərabərdir. Rusiya rublunun məzənnəsində ucuzlaşma müşahidə olunub. Rubl 0,0163 AZN-dən 0.0162-yə qədər azalıb. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Rəsmi məzənnə açıqlandı: Dollar ucuzlaşdı

Rəsmi məzənnə açıqlandı: Dollar ucuzlaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən baha...

1583 İqtisadiyyat 10:27 13 avqust 2015

Son xəbərlər