Rəsmi məzənnə açıqlandı: Dollar ucuzlaşdı

Rəsmi məzənnə açıqlandı: Dollar ucuzlaşdı
İqtisadiyyat 1583

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1,1601-dən 1.1684 AZN-ə yüksəlib. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1,0489 AZN-dən 1,0485 AZN-ə düşüb. Rusiya rublunun məzənnəsində isə dəyişiklik qeydə alınmayıb. 1 rubl hazırda 0,0163 AZN təşkil edir. 

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.

01.01.2006-cı il tarixində Azərbaycan manatının 5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Dollar ucuzlaşdı, avro bahalaşdı

Dollar ucuzlaşdı, avro bahalaşdı

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nəzərən bah...

1102 İqtisadiyyat 10:44 12 avqust 2015

Son xəbərlər