Rövnəq Abdullayev FIFA-nın prezidenti ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov Qətərin paytaxtı Doha şəhərinə səfərə yollanıb.
BAKU.WS-in milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, səfəri zamanı AFFA prezidenti FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb. Görüşdə pandemiya dövründə futbolun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və futbolun sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə Azərbaycanda həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.
Qeyd edək ki, hazırda Dohada klublararası dünya çempionatı keçirilir. Finalda Almaniya "Bavariya"sı ilə Meksika "Tiqres"i üz-üzə gələcək. Oyun fevralın 11-də təşkil olunacaq.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...