İran Milli Bankının Azərbaycanda xalis zərəri 19 mln. manatı ötüb

21
okt
2019
18:14
İran Milli Bankının Bakı filialı bu ilin yanvar-sentyabr aylarının yekunlarına dair maliyyə hesabatını açıqlayıb.BAKU.WS xəbər verir ki, hesabat dövründə bankın xalis zərəri 19 315 899 manat təşkil edib. Qeyd edək ki, 2018-ci ilin analoji dövrü ərzində xalis mənfəət 1 799 525 manat təşkil edib.Cari ilin doqquz ayında bankın cəmi aktivləri əvvəlki ilin analoji dövrü ilə müqayisədə 18,8% azalaraq 89 589 232 manat təşkil edib. Bankın cəmi öhdəlikləri isə 2,5% azalaraq 55 754 132 manata enib.Ötən hesabat dövrünü 3 497 560 manat kredit portfeli (müştərilərə verilmiş kreditlər) ilə başa vuran bank, cari ilin yanvar-sentyabr aylarında bu göstəricidə 18,7%-lik artıma nail olaraq, onu 4 246 748 manata çatdırıb.
Oxşar xəbərlər
Dünya çempionatının ilk günündə iki medal
Azərbaycanın iki cüdoçusu Mərakeşin Marrakeş şəhərində bu gün start götürən gənclər arasında dünya çempionatında fəxri kürsüyə yüksəlib.BAKU.WS "Report"a istina...