Qızılın qiyməti tarixi rekordu yeniləyib

27
iyl
2020
10:55
Qızılın qiyməti 2011-ci ilin sentyabr ayında müəyyənləşdirilmiş tarixi rekordu yeniləyib, başqa sözlə, bir unsiya üçün 1 911,6 dollar səviyyəsini üstələyib.
BAKU.WS “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu birja sövdələşmələrinin məlumatları göstərir.
Belə ki, Nyu-Yorkun “Comex” birjasında qızılın avqust ayı üçün fyuçersinin qiyməti 1 troy unsiyası üçün 1 911,7 dollara yüksəlib.
Gümüşün sentyabr ayı üçün fyuçersləri isə bir unsiya üçün 23,405 dollara qədər yüksəlib.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...
