Qeyri-OPEC ölkələrində gələn il neft hasilatı artacaq
Yeniliklərdən dərhal xəbərdar olun
OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) bu il təşkilata daxil olmayan ölkələrdə gündəlik ortalama neft hasilatı həcmlərinin 2,43 mln. barel azalaraq 62,73 mln. barelədək enəcəyini proqnozlaşdırır.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, gələn il isə sözügedən ölkələrdə əksinə, gündəlik neft hasilatı artacaq (0,95 mln. barel) və 63,68 mln. barel təşkil edəcək.
Bu il üçün proqnozun azaldılması Norveç, ABŞ və Böyük Britaniyada cari ilin III rübündə istehsalın gözləniləndən daha aşağı olduğu ilə izah edilir.
Bununla yanaşı, OPEC neftə olan qlobal gündəlik tələbatla bağlı proqnozunu 0,3 mln. barel azaldaraq 9,8 mln. barelə endirib. Beləliklə, proqnoza əsasən, 2020-ci ildə bu göstəricinin 90 mln. barel səviyyəsində olacağı gözlənilir.
Oxşar xəbərlər
OPEC+ çərçivəsində hasilatın azaldılması tədbirlərinin icrası SOCAR-a tapşırılıb
Aprelin 9-da OPEC+ formatının 23 iştirakçı ölkəsi dünya bazarlarında Covid-19 pandemiyasının təsirindən yaranan iqtisadi resessiya şəraitini müzakirə edib, neft...