Qazaxda bir neçə kənddə suvarma kanalları təmizlənir
Qazaxda əkin sahələrinin suvarılmasında çətinliklərin yaranmaması üçün Canalı, Hüseynbəyli, Ağköynək kəndlərindəki arx və kanallarda təmizlik işləri aparılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün artıq 244,58 km-i texnika, 123,75 km-i əl əməyi ilə olmaqla, 368,33 km məsafədə təmizlik işləri həyata keçirilib. Bu da illik nəzərdə tutulan işlərdən artıq olub.
Belə ki, 2024-2025-ci illərdə 220,40 km-i texnika, 107,10 km-i əl əməyi ilə olmaqla, 327,50 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdu.
Oxşar xəbərlər
Azərbaycan Gürcüstandan avtomobil idxalını 2 dəfədən çox azaldıb
Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana ümumi dəyəri 21,7 milyon ABŞ dolları olan 597 ədəd minik avtomobili ixrac edilib. BAKU.WS APA-ya istina...