Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR

Qaz və işıq problemləri olanlara ŞAD XƏBƏR
İqtisadiyyat 3826
Vətəndaşların qaz və işıq problemlərinin həlli məqsədilə İşçi Qrupu Yaradılıb.Bu barədə Energetika Nazirliyindən BAKU.WS-ə xəbər verilib. Verilən məlumata görə, vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli ilə bağlı Energetika Nazirliyində “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb.Energetika naziri Pərviz Şahbazov əhalidən daxil olan müraciətlərin və qaldırılan məsələlərin həllinin nazirliyin nəzarətində olduğunu, bu istiqamətdə ümumi fəaliyyətin gücləndirilməsinin zəruriliyini bildirib.Nazirin müvafiq əmri ilə təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə energetika nazirinin müavini Elnur Soltanovun rəhbərliyi ilə “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.Həmçinin vətəndaş şikayətlərinin təmin edilməsi ilə yanaşı, müvafiq müraciətlər üzrə təhlillərin və yerlərdə araşdırmaların aparılması, kompleks yanaşma əsasında problemi şərtləndirən amillərin aşkarlanması və tədbir görülməsi ilə bağlı tapşırıqlar verilib.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Peyk müşahidəsilə bağlı YENİLİKLƏR - FOTO

Peyk müşahidəsilə bağlı YENİLİKLƏR - FOTO

Peyk müşahidəsi xidmətlərindən energetika sahəsində tətbiq imkanları müzakirə edilib.Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat ver...

893 İqtisadiyyat 09:36 01 mart 2019

Son xəbərlər