“Qara qızıl”ın 5 faizdən çox ucuzlaşmasının səbəbi açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
“Proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalma müşahidə edilməkdədir. Son 2 gündə “qara qızıl” 5 faizdən çox dəyər itirib”.
BAKU.WS xəbər verir ki, bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov açıqlama verib. Ekspertin fikrincə, neft dünyada gedən siyasi proseslərə görə ucuzlaşır.
“Neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadiyyatı üçün sağlam hesab edilməyən yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riski olsa da belə, Səudiyyə Ərəbistanın enerji nazirinin son açıqlamasndan sonra birjalarda sözügedən ölkə ətraflndakı gərginliyin qiymətləri yüksəltməyəcəyi əminliyinin formalaşması da az təsirsiz ötüşmədi.
Neft bazarı İrana tətbiq edilən yeni sanksiyaların da psixoloji və iqtisadi təsirlərinə artıq adaptasiya olundu. Deməli, neftin qiymətinin yenidən 60 dollardək azalarsa bu heç də təəccüb yaratmamalıdır.
Nəinki istehlakçılar, hətta istehsalçılar da “bahalı neft dövrünün” başlanmasında maraqlı görsənmir. Birjalar “neft şokunun” təkrarlanmasında həvəsli deyil. Bu isə o deməkdir, neft bumu dövrü bütün anlamlarda geridə qaldı”.
Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Neft sürətlə bahalaşır - Azərbaycanın gündəlik qazancında milyonlarla artım (QİYMƏTLƏR)
Neft ixrac edən ölkələrin təşkilatı OPEC və təşkilata üzv olmayan ölkələr ABŞ prezidenti Donald Trampın istehsal artımı ilə bağlı çağırışına əhəmiyyət verməyib....