Problemli kreditlər üzrə kompensasiya ödənişi qaydası müəyyən olunub
02
apr
2019
18:40
Azərbaycanda "Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" hazırlanıb.BAKU.WS-in məlumatına görə, Qaydaya əsasən, fiziki şəxsin 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə bütün kredit təşkilatlarının və ləğvetmə prosesində olan kredit təşkilatlarının balans və balansdankənar hesablarında xarici valyutada əsas kredit borcları həmin tarixə Mərkəzi Bankın elan etdiyi məzənnəyə uyğun olaraq ABŞ dolları ekvivalentində müəyyən olunaraq toplanılır.Devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edilir.Bankın müştərisi olan fiziki şəxslərə kompensasiyanın ödənilməsi həmin kompensasiya hesablanmış kreditin verildiyi müvafiq bank vasitəsilə həyata keçirilir.Banklar və poçt rabitəsinin milli operatoru 500 manatdan yuxarı məbləğdə kompensasiyanın verilməsini onlar tərəfindən emissiya edilmiş və kompensasiya veriləcək şəxsin adına olan ödəniş kartlarına köçürməklə həyata keçirirlər. Banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 500 manat və ondan aşağı məbləğdə kompensasiyalar banklar və poçt rabitəsinin milli operatoru tərəfindən pul köçürməsi (fiziki şəxsin adına bank hesabı açılmadan nağd pulun onun xeyrinə köçürülməsi əməliyyatı) yolu ilə verilir.Kompensasiyanın verilməsini həyata keçirən bank və ya poçt rabitəsinin milli operatoru tərəfindən həmin ödəniş kartının verilməsinə və həmin ödəniş kartı ilə həyata keçirilən əməliyyatlara, habelə pul köçürməsinə görə komisyon haqların tutulmasına yol verilmir.Ödəniş kartları banklar və poçt rabitəsinin milli operatoru tərəfindən 1 il müddətə emissiya olunur.BAKU.WS
Oxşar xəbərlər
Dollar kreditləri ilə bağlı daha bir kalkulyator
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs (http://iqti...