Prezident manatın devalvasiyası ilə bağlı: "Əgər biz o addımı atmasaydıq..."

Prezident manatın devalvasiyası ilə bağlı: Əgər biz o addımı atmasaydıq...
İqtisadiyyat 640

Bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi zamanı deyib.

"Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik", - deyə ölkə başçısı vurğulayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər