Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransında iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Energetika naziri Pərviz Şahbazov 58-ci Münhen Təhlükəsizlik Konfransında iştirak edib.
Energetika Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, konfrans çərçivəsində Pərviz Şahbazov Qafqaz dövlətləri, ATƏT və Avropa ölkələri nümayəndələrinin iştirakı ilə keçirilən “Qafqaz üçün yeni regional perspektivlər – Ümumi problemlər, ümumi həllər?” mövzusunda müzakirələrə qatılıb.
Qafqazda davamlı sosial-iqtisadi inkişaf üçün yollar, iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik problemlərinin həll vasitələri, regional əməkdaşlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb. Energetika naziri Münhen Təhlükəsizlik Konfransı çərçivəsində digər sessiyalarda da iştirak edib.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik siyasətinə dair müzakirələrin aparılması üçün dünyanın aparıcı forumlarından biridir.
Ənənəvi olaraq hər il keçirilən konfransda dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət başçıları, nazirlər, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər şəxsləri təmsil olunur.
Oxşar xəbərlər
Pərviz Şahbazov “Səudiyyə Yaşıl Təşəbbüsü”nün inaqurasiya mərasimində iştirak etdi - FOTO
Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdül Əziz bin Salman Əl-Səudun dəvəti ilə Ər-Riyad şəhərində keçiri...