Pandemiya şəraitində Azərbaycanda iqtisadi strategiya və biznesə dəstək - REALLIQ və GƏLƏCƏK PLANLAR

Pandemiya şəraitində Azərbaycanda iqtisadi strategiya və biznesə dəstək - REALLIQ və GƏLƏCƏK PLANLAR
İqtisadiyyat 99

Ötən ilin sonunda beynəlxalq maliyyə institutları ənənəvi olaraq dünyadakı bölgələrin və ölkələrin 2020-ci il üçün iqtisadi inkişaf proqnozlarını açıqladılar. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və digər strukturlar Azərbaycan üzrə də proqnozlarını açıqladılar.

BAKU.WS xəbər verir ki, beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna əsasən pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz, Orta Şərq və Mərkəzi Asiyanın neft ixrac edən ölkələrinin iqtisadiyyatı isə 3,9 faiz azalacağı halda, Azərbaycan iqtisadiyyatı cəmi 2,2 faiz kiçiləcək.

Pandemiya Azərbaycan iqtisadiyyatına çox böyük mənfi təsir göstərsə də, bu ilin birinci rübündə ölkə iqtisadiyyatı bütövlükdə 1,1%, qeyri-neft iqtisadiyyatı 3%-dən çox artıb.

Pandemiya şəraitində Azərbaycanda iqtisadi strategiya və biznesə dəstək - REALLIQ və GƏLƏCƏK PLANLAR

Xarici mütəxəssislərin fikrincə, bir çox ölkələrdə mövcud iqtisadi tənəzzül ənənəvi iqtisadi böhranlardan fərqlənir. Əgər böhran zamanı insanlar birdəfəlik işlərini itirirlərsə və işsizlik səviyyəsi yüksəlirsə, indi çox adam iş yerlərini saxlayır. Müəssisələrin bağlanmasının səbəbi iqtisadi deyil, təcrid və karantinlə bağlı sosial amillərdir. Azərbaycanda da analoji vəziyyət müşahidə olunur.

Azərbaycan Prezidenti tərəfindən sahibkarlara dəymiş ziyanın ödənilməsi, kənd təsərrüfatının ayaqda saxlanılması, koronavirusun ziyana səbəb olduğu digər sahələrdə tənəzzülün qarşısının alınması üçün ümumilikdə 2,5 milyard manatdan çox vəsait iqtisadiyyata yönəldildi. Bundan başqa, idxal və ixracda rüsumların azaldılması, əməliyyatların rahatlıqla aparılması üçün bir sıra güzəştlər tətbiq edildi.

Neftin 15 dollara qədər ucuzlaşdığı bir dövrdə Azərbaycan daha çox kənd təsərrüfatına investisiya qoymağa başladı ki, bu da 1-ci rübdə öz nəticəsini verdi.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyilə qeyri-neft sənayesinin sürətli artımı və hökumətin effektiv anti-böhran tədbirləri hesabına ölkəmizdə iqtisadi tənəzzülün qarşısı daha səmərəli alınır:

Pandemiya şəraitində Azərbaycanda iqtisadi strategiya və biznesə dəstək - REALLIQ və GƏLƏCƏK PLANLAR

“Təkcə onu demək kifayətdir ki, postsovet məkanında pandemiyadan əvvəl və sonra BVF-nin verdiyi iqtisadi artım proqnozları arasındakı ən az fərq olan ölkələrdən biri Azərbaycandır, yəni pandemiya başqalarına nisbətən bizim iqtisadi artıma daha az təsir edib. Çünki ölkəmizdə pandemiya ilə mübarizə büdcəsi təxminən 3,5 milyard manat təşkil edir və vaxtında anti-böhran tədbirləri müəyyənləşdirilib, eyni zamanda manatın sabitliyi üçün 3 milyard manatdan artıq vəsaitlə valyuta bazarına müdaxilə edilib”.

Artıq neçə ildir ki, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri olan qeyri-neft sektorunun inkişafı qarşıya prioritet vəzifə kimi qoyulub. Son illər müasir texnologiyaların və qabaqcıl təcrübənin tətbiqi sayəsində bu sektor xeyli tərəqqi edib. Bu isə o deməkdir ki, dünyada baş verən mənfi iqtisadi meyllərə baxmayaraq, ölkəmizin iqtisadiyyatı öz inkişafından qalmır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər