OPEC+ nazirləri qeyri-rəsmi görüş keçirdilər
Yeniliklərdən dərhal xəbərdar olun
OPEC+ ölkələrin bir sıra nazirləri neft bazarında cari proseslərin müzakirə olunduğu qeyri-rəsmi telekonfrans keçirib.
“Report” xəbər verir ki, bu barədə OPEC-dən bildirilib.
"OPEC-in və qeyri-OPEC ölkələrinin əməkdaşlıq haqqında bəyannamə imzalamış bir neçə naziri neft bazarında cari dramatik vəziyyəti kollektiv müzakirə etmək üçün qeyri-rəsmi telekonfrans keçirdilər", - deyə təşkilatın “Twitter”dəki mikrobloqunda bildirilib.
"Nazirlər neft hasilatının ixtisarı haqqında razılaşmaya sadiqliklərini təsdiq etdi", - həmçinin təşkilatdan bildirilib.
Görüşdə Əlcəzair, Venesuela, Nigeriya, Qazaxıstan, Azərbaycanın energetika nazirləri iştirak edib. Qeyd edilir ki, onlar OPEC prezidenti, Əlcəzairin energetika naziri Məhəmməd Arkabanı belə iclasları müntəzəm keçirməyə çağırıblar.
Oxşar xəbərlər
SOCAR tender elan edib - SİYAHI
SOCAR öz fəaliyyətini təkmilləşdirmək üçün bir sıra sahələrdə tenderlər elan edir. BAKU.WS xəbər verir ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsi balansında olan Nef...