OPEC+ tezliklə yeni saziş üzərində işə başlayacaq

OPEC+ tezliklə yeni saziş üzərində işə başlayacaq
İqtisadiyyat 36

OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Krallığının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səud bəyan edib.

“Biz tezliklə əvvəlki təcrübəmizə, uğurlarımıza və nailiyyətlərimizə əsaslanaraq 2022-ci ildən sonrakı yeni müqavilə üzərində işə başlayacağıq. Biz yeni sazişi əvvəlkindən daha səmərəli etmək niyyətindəyik”-deyə, o bildirib.

OPEC+ sazişi 2016-cı ilin sonunda dünya enerji qiymətlərinin aşağı düşməsi fonunda bağlanıb və 2017-ci ildən fəaliyyət göstərir. 2020-ci ilin may ayından etibarən sövdələşmə yenilənmiş formada fəaliyyət göstərir və bu ilin sonuna qədər qüvvədə olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər