"OPEC+" ölkələri neft hasilatının azaldılması ilə bağlı razılaşmaları təsdiqləyib

"OPEC+" ölkələri bu gün Monitorinq Komitəsinin iclasından sonra bu və gələn il üçün neft hasilatının həcminə dair mövcud razılaşmaları təsdiqləyiblər.
“Report” xəbər verir ki, bu barədə “Rossiya-24” telekanalına müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib.
“Nazirlərin iyunun 2-də keçirilən iclasında qəbul edilmiş qərarları bir daha təsdiqlədik. Məsələ ondadır ki, o zaman razılaşmalar ümumilikdə 2025-ci ilin sonuna, məhdudiyyətlər üzrə könüllü öhdəliklər isə bu ilin üçüncü rübünün sonuna qədər uzadılmışdı. Bu ilin dördüncü rübündən tələb-təklif balansı müsbət olarsa, hasilatın qismən artması mümkündür”, - o deyib.
OPEC-in saytında dərc olunmuş yekun kommünikedən belə qənaətə gəlmək olar ki, OPEC+ ölkələri alyansın nazirlər səviyyəsində Monitorinq Komitəsinin iclasından sonra bazar şərtlərindən asılı olaraq 2024-cü ilin oktyabr ayından könüllü şəkildə azaldılmış neft hasilatının mərhələli bərpasını dayandıra və ya ləğv edə biləcəklərini təsdiqləyiblər.
2024-cü ilin oktyabrından Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla səkkiz "OPEC+" ölkəsi neft hasilatını mərhələli şəkildə bərpa etməyə başlamağı planlaşdırır.
2024-cü ilin birinci rübündən etibarən bu ölkələr könüllü olaraq hasilatı sutkada 2,2 milyon barel azaldıb.
Oxşar xəbərlər
Azərbaycan neft hasilatı ilə bağlı öhdəliklərinin icrasına başlayıb
Azərbaycan bu gündən etibarən “OPEC plus” razılaşması çərçivəsində neft hasilatının azaldılması prosesinə başlayıb. Bu barədə BAKU.WS-ə Energetika Nazirliyindən...
