OPEC: “2023-cü ildə neft tələbatının artımı gündəlik 2,3 milyon barel olacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
OPEC hələ də 2023-cü ildə qlobal neft tələbinin gündəlik 2,3 milyon barel artacağını gözləyir.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə qurumun may hesabatında deyilir.
“2023-cü il üçün qlobal neft tələbatının artımı əvvəlki ayın qiymətləndirməsi ilə eynidir və gündəlik 2,3 milyon barel təşkil edir. Eyni zamanda, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində artım 0,07 milyon barel, İƏİT-ə daxil olmayan ölkələrdə isə təxminən 2,3 milyon barel olacaq”, - hesabatda göstərilib.
2023-cü ildə ümumi qlobal neft tələbatı sutkada 101,9 milyon barelə çatacaq.
“Lakin bu proqnoz bir çox qeyri-müəyyənliklərdən, o cümlədən qlobal iqtisadiyyatın inkişafından və davam edən geosiyasi gərginlikdən asılıdır”, - təşkilat əlavə edib.
Oxşar xəbərlər
Qlobal sarsıntılar şəraitində ehtiyatlı nikbinlik: Azərbaycan iqtisadi inkişaf imkanlarını necə tapır?
Beynəlxalq təşkilatlar və ekspertlər qlobal iqtisadiyyatda kəskin yavaşlama və sonrakı dövrlərdə tədricən bərpa olacağını proqnozlaşdırırlar. Belə ki, BMT ekspe...