“INNOLAND”in rezidentləri 600 min manat yatırım cəlb ediblər

“INNOLAND”in rezidentləri 600 min manat yatırım cəlb ediblər
İqtisadiyyat 468
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin rezidentləri 6 ay ərzində 600 min manat yatırım cəlb ediblər.BAKU.WS Agentliyə istinadən xəbər verir ki, bunlar “Ticketsetup”, “Nextsale”, “Vriendly”, “Qreact, Onepoint”, “Topla.az”, “Whelp” startaplarıdır.Həmin startaplar yerli və xarici investorlardan ümumilikdə 600 min manat investisiya cəlb ediblər. Cəlb olunan investisiyanın 25 faizi xarici, qalanı isə yerli investorların payına düşür. Xarici investorlar əsasən Koreya, ABŞ və Almaniyadandırlar.“INNOLAND”in məqsədləri gənc, təşəbbüskar və innovativ insanlara dəstək olmaq, onları xarici bazarlara çıxartmaq, ümumiyyətlə, eksportyönümlü innovativ ideyaların təbliğatını təşkil etməkdir.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər