Neftin qiyməti 70 dollara çatıb

Neftin qiyməti 70 dollara çatıb
İqtisadiyyat 194

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,65 ABŞ dolları və ya 0,94 % artaraq 69,99 ABŞ dollarına çatıb.

Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.

Eyni zamanda, "Brent" markalı neftin iyun ayı üzrə fyuçerslərinin qiyməti hərracların nəticəsinə əsasən 68,99 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti isə 0,71 dollar və ya 1,05 % artaraq 68,25 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 70 ABŞ dolları nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də - 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda - 149,66 dollar səviyyəsində qeydə alınıb.

Azərbaycanda neft hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku çərçivəsində həyata keçirilir. Bu layihədə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-ın payı 31,65 % təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər

Azərbaycan fındıqdan sərvət qazandı - İnanılmaz rəqəmlər

Azərbaycanda fındıq ixracının fiziki həcmi 22.5 faiz azalıb. Azalmanın əsas səbəbləri arasında daxili tələbatın və emal sənayesinin genişlənməsi göstərilir. Qar...

143 İqtisadiyyat 12:55 19 sentyabr 2026

Son xəbərlər