Neft Fondu fişinq hücumları ilə bağlı xəbərdarlıq etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Neft Fondu (ARDNF) fişinq hücumları (kiber dələduzluq) ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.
BAKU.WS-in məlumatına görə, qurum bəyan edib ki, son həftələr onun, eləcə də Dövlət Neft Şirkətinin (SOCAR) adından geniş yayılan vətəndaşların individual əsasda neft və qaz treydinqi fəaliyyəti haqqında xəbərlər, təqdim olunan müvafiq onlayn platforma tamamilə yanlışdır və həqiqəti əks etdirmir.
“Bu paylaşımların ARDNF-in fəaliyyətinə heç bir aidiyyəti yoxdur. Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun xəbər mənbələrində əks olunmuş rəsmi məlumatları izləmək tövsiyə olunur”, - deyə açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...