Naxçıvanda orta aylıq əmək haqqı 595 manatı ötüb

2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 595,6 manata çatdırılıb.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.
Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,3% artaraq 829 manat təşkil edib. Əmək haqqı neft-qaz sektorunda 3 485,5 manat, qeyri neft-qaz sektorunda 778,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 780,1 manat, özəl müəssisələrdə isə 884,5 manat olub.
Oxşar xəbərlər
Azərbaycanda ən çox maaş alan şəxslər - SİYAHI
2022-ci il aprelin 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5307,1 min nəfər olub, onlardan 4991,7 min nəfərini məşğul əhali təşkil...