Naxçıvanda Karyera Forumu keçirilir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Naxçıvan şəhərində ilk dəfə “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçirilir.
BAKU.WS Report-a istinadən xəbər verir ki, tədbirin təşkilatçısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyidir.
Forumda 4 yerli və 2 xarici spikerin iştirakı ilə "Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir", "Bacarıq əmək bazarının cövhəridir" və "Dövr elə bu dövrdür" mövzularında 3 panel müzakirə keçiriləcək. Sonda panelin icmalı, panelin qiymətləndirilməsi və bağlanış mərasimi olacaq.
Forumda dövlət və özəl sektor nümayəndələrinin, karyera məsləhətçilərinin, təlimçilərin, insan resursları üzrə mütəxəssislərin, inkişaf mentorlarının və sahibkarların iştirakı nəzərdə tutulub. Tədbirin məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda - "Kia Sportage" - 7200 AZN - QİYMƏTLƏR
20 iyun 2023-cü il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 31 nəqliyyat vasitəsi çıxarılıb. Hərrac...