Mərkəzi Bankdan 500 manatlıq yeni əskinaslarla bağlı RƏSMİ AÇIQLAMA
500 manatlıq əskinasların dövriyyəyə buraxılıb-buraxılmayacağına dair Mərkəzi Bankdan rəsmi açıqlama verilib.
Bu barədə BAKU.WS-ə danışan Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev yayılan bu məlumatların əsassız olduğunu söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda yüksək əskinasların dövriyyəyə buraxılması yenə gündəmə gəlib. Belə ki, Mərkəzi Bank rəhbərliyi 150, 200, 350 və 500 nominallıq pulların çap ediləcəyini bildirmişdi. Ekspertlər isə bunun əleyhinə çıxaraq, əskinazların 150 və 350 nominalda olmasını qeyri-sabit adlandırmışdılar. Həmçinin yüksək əskinazların çapının manatın dəyərinin itməsinə səbəb olacağını bildirmişdilər.
Aynur Ələkbərova
BAKU.WS
Oxşar xəbərlər
1000 manatlıqlarla bağlı Mərkəzi Bankdan AÇIQLAMA (FOTO)
Sosial şəbəkələrdə yayılan 1000 manat dəyərində olan xatirə sikkələri insanlarda çaşqınlıq yaradıb. Çoxları bu sikkələrin dövriyyədə olduğunu zənn edib. Məsəl...