Mərkəzi Bankdan dolların 1,28 olacağı iddiasına cavab (RƏSMİ)

Mərkəzi Bankdan dolların 1,28 olacağı iddiasına cavab (RƏSMİ)
İqtisadiyyat 8665
 

Sosial şəbəkələrdə guya Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb. 

Mərkəzi Bankdan BAKU.WS-ə bildirilir ki, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında  tələb və təklif əsasında müəyyən olunur.

 

BAKU.WS

Son xəbərlər