Mənzil alarkən diqqətli olun! Aldanmamaq üçün bunlara əməl etməlisiz (FOTO)

Mənzil alarkən diqqətli olun! Aldanmamaq üçün bunlara əməl etməlisiz (FOTO)
İqtisadiyyat 3941
Adətən ev alarkən binanın yerləşdiyi ərazi, mənzilin qiyməti kimi detallara daha çox önəm verilir. Qiyməti münasib ev tapanda isə digər parametrlər ümumiyyətlə yaddan çıxır. Ancaq heç kimə sirr deyil ki, ucuz ətin ucuz şorbası olar. Əksər hallarda qiymətin aşağı olması binada çatışmazlıqların olduğuna işarədir. Həmin çatışmazlıqlardan biri binada izolyasiyanın olmamasıdır.Rahatlıq və sağlamlıq üçün ən mühüm amillərdən biri də izolyasiyadır. İzolyasiya, evin temperaturunu qoruyub saxlayaraq enerji qənaəti təmin edir, yanğın təhlükəsizliyi yaradır və həm bayırdan, həm də qonşu mənzillərdən gələn səs-küyü azaldır. Bu səbəbdən mənzil alarkən binanın xarici üzündə izolyasiyanın olub-olmadığını soruşmaq lazımdır.Binanın izolyasiya edilməsi böyük vəsait tələb edir. Bir sıra tikinti şirkəti “ucuz olsun” deyərək binaları adi suvaqla və ya müxtəlif materiallarla üzləyərək insanlara sırayır. Mənzil sahibləri də “ucuz” aldıqlarını düşünərkən, əslində bahalı və komfortsuz bir evə sahib olurlar. İllər ərzində yüksək kommunal xərclər ödəyib, komfortsuz mənzillərdə yaşayırlar.Avropa və Amerika təcrübəsi göstərir ki, binada ən yaxşı izolyasiya təmin edən material daş yundur. Keyfiyyətə üstünlük verən və adını qoruyan tikinti şirkətləri bu materialdan istifadə edirlər.
DAŞ YUN NƏDİR?Daş yunu istehsalına ötən əsrin əvvəlində ABŞ-ın Havay ştatında başlanmışdır.Daş yun, təbii bir məhsuldur, vulkanik bazalt daşının 1350°C-1400°C temperaturda əridilərək lif halına gətirilməsi nəticəsində əldə edilir. Bazalt qara rəngli və çox sərt süxurdur. Lif halına gətirilən bazalt müxtəlif ölçülərdə preslənərək lövhə, boru şəklində istehsal oluna bilinir.Daş yun isti-soyuq, səs və yanğın izolyasiyası məqsədilə istifadə edilən izolyasiya materialıdır. Dünyada daş yundan geniş istifadə olunur. Məsələn, Almaniyada binaların 90%-i daş yunla izloyasiya edilib.
İSTİLİK İZOLYASİYASIÇöl və içəri arasında temperatur fərqi artdıqca mənzildə molekulların hərəkəti sürətlənir və evdə hava axını yaranır. Məsələn, çöl divarı beton olan mənzillərdə “skvaznyak” (hava cərəyanı) daha çox hiss olunur. Mənzildəki hava axınının azalması üçün binanın çöl divarı az soyumalıdır. Bunu da ancaq izolyasiya ilə təmin etmək olar.Daş yun həm soyuq, həm də istidən qoruyan mükəmməl bir istilik izolyasiyası materialıdır. Fasadı daş yunla üzlənmiş binadakı mənzillərdə qış aylarında istilik, yay aylarında isə sərinlik itmir. Qış aylarında kombi üçün təbii qaz, yay aylarında isə kondisioner istifadəsil ilə bağlı elektrik enerjisi sərfiyyatı haradasa yarı-yarıya azalır. Beləliklə, enerji xərclərinə qənaət təmin olunur, mənzil daxilində iqlim komfortu yaranır.
YANĞINA QARŞI MÜQAVİMƏTLİDİRDaş yun demək olar ki, yanmaz materialdır. Bu materialın ən mühüm xüsusiyyətlərindən biri 1000 C° temperaturadək dözümlülü olmasıdır. Daş yun, yanğın zamanı insana həyatını xilas etmək üçün lazım ola biləcək qiymətli dəqiqələri verəcək yanğın təhlükəsizliyi vəzifəsini yerinə yetirir.SƏS KEÇİRMİRArzuolunmaz səslər stressə, yuxunun pozulmasına təzyiqə və digər narahatlıqlara səbəb ola bilir. Daş yunun digər mühüm xüsusiyyəti səs keçirməməsidir. Materialın saysız-hesabsız lifdən ibarət olan quruluşu səsi "sorur". Nəticədə şəhərin gurultsunu, avtomobil siqnallarını və s. eşitmirsiniz
HANSI TİKİNTİ ŞİRKƏTLƏRİ DAŞ YUNDAN İSTİFADƏ EDİR?Qışda isti, yayda sərin mənzillərdə yaşamaq və ömür boyu pulunuza qənaət etmək istəyirsinizsə daş yun ilə izolyasiyası olan binalardan mənzil alın.Apardığımız araşdırma nəticəsində məlum oldu ki, “Kristal Abşeron”, “Xəzər İnşaat XXI Əsr”, kimi böyük tikinti şirkətləri tikdiyi binaları daş yunla üzləyir. Bu şirkətlərin istifadə etdiyi daş yun materialı Rusiya Federasiyasının Ryazan şəhərində “TexnoNİKOL” şirkəti tərəfindən istehsal edilir.Kristal Abşeron” şirkətindən bildirildi ki, 5 sm daş yun materialı fasadda 80 sm içi boşluqlu kərpici əvəz edir. Bu daşla üzlənmiş fasad uzun illər qulluq tələb etmir.Qısası, tövsiyə edirik ki, ucuza qaçmayın! Elektrik enerjisi və təbii qazın ildən-ilə bahalaşdığı bir dövrdə qənaət etmək məcburiyyətindəyik. Mənzil alan zaman, binanın fasadının izolyasiyası ilə mütləq maraqlanın.Tələb edilən sənədlərə və rəsmi əməkhaqqı məbləğinə görə bir çox ailə bank vasitəsilə (dövlət ipotekası) mənzil ala bilmir. Bunu nəzərə alan “Kristal Abşeron” şirkəti daxili kreditin müddətini uzadaraq “5 illik daxili kredit” kampaniyasına start verib. Kampaniya 31 Yanvar 2018-ci il tarixinədək davam edəcək.Daxili kredit nağd ödənişlə mənzil almağa pulu çatmayanlar üçün əla fürsətdir. Mənzilin dəyərinin bir hissəsini əlinizdəki pul ilə, qalan hissəsini isə 5 ilə müddətinə ödəyə bilərsiniz.
ŞƏXSİYYƏT VƏSİQƏNİ GÖTÜR, ŞİRKƏTİN OFİSİNƏ GETKristal Abşeron” şirkəti 20-yə yaxın yaşayış kompleksinin tikintisini həyata keçirir. İndi istədiyiniz layihədən tək şəxsiyyət vəsiqəsi ilə 5 illik kreditlə mənzil ala bilərsiniz. İlkin ödəniş 30% təşkil edir. Mənzillər tam təmirli təhvil verilir.Həmçinin, “Kristal Abşeron” şirkəti bir neçə bank vasitəsilə 25 il müddətli ipoteka kreditini təklif edir. İlkin ödəniş 20%, faiz dərəcəsi illik 7% təşkil edir.NOVRUZ BAYRAMINI YENİ EVİNİZDƏ QARŞILAYINKristal Abşeron” şirkəti Bakı, Xırdalan və Sumqayıt şəhərinin ən prestijli küçələrində yaşayış binaları tikir.Şirkət bir-bir layihələrini təhvil verir. Sonuncu dəfə “Bayıl” layihəsini yaşayışa verən şirkət, gələn ilin fevral ayının sonunda “Azadlıq” metrosuna 2 addımlıq məsafədə yerləşən 8-ci mikrorayon layihəsini təhvil verməyi planlaşdırır. Siz də “Mikrorayon” layihəsinə gəlin, tam təmirli mənzil alın, Novruz bayramını ailənizlə birlidə yeni evinizdə qarşılayın.Bundan başqa “Kristal Abşeron” şirkəti, Yasamalda tikdiyi yaşayış kompleksini 2017-ci ilin sonundan təhvil verməyə başlayacaqdır. Mətbuat və Şərifzadə prospektlərinə çıxışı olan yaşayış kompleksinin yaxınlığında “İnşaatçılar” metrosu, ASAN Xidmət, banklar, 158 saylı orta məktəb, ticarət mərkəzləri, bazar,Rabitə qovşağı (ATS) və s. yerləşir.
QIŞDA İSTİ, YAYDA SƏRİN MƏNZİLLƏRKristal Abşeron” layihələrində“TexnoNikol” şirkətinin izolyasiya sistemlərindən istifadə edilir. Soyuğa, istiyə, nəmlənməyə dayanıqlı “TechnoNikol” şirkətinin izolyasiya məhsulları vulkanik daşlardan hazırlanır və bütün beynəlxalq standartlarlara cavab verir. “TexnoNikol” şirkətinin izolyasiya sistemləri (daş yunu) soyuq havada mənzili isti, isti havada isə sərin saxlayır.KEYFİYYƏTLİ MATERİALLAR İLƏ TƏMİRKristal Abşeron” şirkəti mənzilləri təmirli təhvil verir. Mənzillər, İtaliyanın “Limonta şirkətinin divar kağızlarından, Rusiya istehsalı palıd parketdən, İspaniyanın “STN” firmasının kafel və metlaxlarından, Türkiyənin E.C.A. firmasnın istehsalı hamam aksesuarlarından istifadə olunaraq təmir edilir. Mənzillərə Türkiyə istehsalı seyf giriş qapısı qoyulur.Layihələr barədə daha ətraflı: https://www.facebook.com/KristalAbsheron/kristalabsheron.azTel: *1544

Oxşar xəbərlər

Son xəbərlər