Milli Depozit Mərkəzi könüllü tibbi sığorta üzrə şirkət seçir
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Depozit Mərkəzi (MDM) əməkdaşları və onların ailə üzvləri üçün könüllü tibbi sığorta xidmətinin satınalınması məqsədilə açıq tender elan edib.
"Report" xəbər verir ki, tenderdə iştirak haqqı 150,88 manatdır.
Maraqlananlar təkliflərini 24 dekabr, saat 10:00-a qədər Bakı şəhəri, Həsən bəy Zərdabi prospekti, 2A ünvanına təqdim edə bilərlər. Təkliflər həmin gün, saat 10:00-da qeyd olunan ünvanda açılacaq.
Satınalma çərçivəsində 3 əməkdaş və onların 3 ailə üzvü üçün VIP tibbi sığorta (minimum 10 000 manat), 79 əməkdaş və onların 53 ailə üzvü üçün standart tibbi sığorta paketi (minimum 5 000 manat) nəzərdə tutulur.
Qeyd edək ki, hazırda MDM-in əməkdaşlarına könüllü tibbi sığorta xidmətləri "Meqa Sığorta" ASC tərəfindən göstərilir. Müqavilənin dəyəri 24,24 min manat təşkil edir.
Oxşar xəbərlər
Qızılın qiyməti oktyabrda son 18 ilin ən kəskin aylıq enişini yaşayıb
Qızılın qiyməti oktyabr ayının yekunlarına görə 7%-dən çox ucuzlaşıb. Bu, 2008-ci ildəki qlobal maliyyə böhranından bəri oktyabr ayı üçün ən pis göstəricidir. B...