Mikayıl Cabbarov: "Pivəlik arpa emalı zavodu istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İmişli rayonunda İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC, Azərşəkər MMC və "Azərsun Kənd Təsərrüfatı Məhsulları" MMC-nin birgə investisiyası ilə reallaşdırılacaq pivəlik arpa emalı zavodu layihəsi ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək layihələrdən biridir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.
Nazir qeyd edib ki, investisiya dəyəri 25 milyon manat olan müəssisə Azərbaycanda fəaliyyət göstərən istehsalçıların xammala olan ehtiyacını tam ödəyəcək:
"Azərbaycanda rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyi tədbirləri davam edir".
Qalereya
Oxşar xəbərlər
Nazirlik: Dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur
2023-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisə təqdim olunub. BAKU.WS-in xəbərinə görə, bu barədə Mali...