Mikayıl Cabbarov: “Koronavirusla bağlı hər hansı iqtisadi narahatlığa əsas yoxdur”
Yeniliklərdən dərhal xəbərdar olun
“Çində yayılan koronavirusun Azərbaycan iqtisadiyyatı üçün hər hansı bir narahatlıq yaratması üçün əsas yoxdur”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Azərbaycanda 2020-ci il üçün iqtisadi və büdcə proqnozları kifayət qədər mühafizəkar tərtib olunub: “Hər hansı bir proqnoz bildirmək çox tezdir. Bir çox ölkələrin, ilk növbədə, Asiya ölkələrinin iqtisadiyyatına müəyyən mənfi təsirləri görünür. Hesab edirəm ki, tələskənliyə yol verməməliyik. Dövlətin aidiyyəti qurumları ilə birgə vəziyyəti izləyib təhlil etməliyik. Bütün ssenarilər işlənilib”.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: Azərbaycan investorlarını dəstəkləyir
Azərbaycan hökuməti ölkə iqtisadiyyatına sərmayə qoyan hər kəsi dəstəkləyir və bu səbəbdən Şura təbii və ya süni xarakterli problemlər barədə nazirliyi məlumatl...